Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran saytı: “Zəngəzur dəhlizi olmadan Laçın dəhlizi və Laçın dəhlizi olmadan “Dağlıq Qarabağ” olmayacaq”

İranın “Tahlil Bazaar” saytı Zəngəzur dəhlizinin açılmasnı təhlil edib...

PİA.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, İranın “Tahlil Bazaar” saytı “Laçın dəhlizinin əhəmiyyətinin səbəbləri: Qarabağ üçün sərt qış ehtimalı” adlı təhlil yazısı nəşr edib.

İranın “Tahlil Bazaar” saytı Zəngəzur dəhlizinin açılması ilə bağlı yazır:

“2020-ci il atəşkəs razılaşmasının ən mühüm müddəalarından olan 9-cu maddədə deyilir: “Ermənistan hökuməti insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir”. Bu, rəsmi Bakının Zəngəzur dəhlizi adlandırdığı və Laçın dəhlizini sözügedən 43 kilometrlik dəhlizin işə salınmasının mümkünlüyü ilə şərtləndirdiyi yoldur.

Əslində, Zəngəzur dəhlizi olmadan Laçın dəhlizi və Laçın dəhlizi olmadan “Dağlıq Qarabağ” olmayacaq. Əksinə, nə qədər ki, “Zəngəzur dəhlizi” var, Laçın dəhlizi olacaq və nə qədər ki, bu dəhliz var, “Dağlıq Qarabağ” da olacaq.

Əgər Putin 2020-ci ildə AzərbaycanErmənistan arasında 44 günlük savaşa son qoymaq üçün müdaxilə etməsəydi, Azərbaycan qüvvələri “Dağlıq Qarabağın” mərkəzi Xankəndini (Stepanakert) ələ keçirəcəkdi.

Bütövlükdə, siyasi faktlar göstərir ki, hazırda Bakı üstün mövqeyə malikdir və qaz, habelə tranzit kartından istifadə etməklə Qafqazda gedən proseslərdə Avropa İttifaqının, hətta Moskvanın da fikrini özünə tərəf cəlb edə bilib. Bunlardan ən əsası isə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən Zəngəzur dəhlizidir. İndi Bakı Qarabağın nəfəsgahı kimi Laçın dəhlizinə nəzarət etməklə İrəvana təzyiqini ikiqat artıra və öz tələblərini diktə edə bilər ki, qarşıdakı həftələrdə proseslərin gedişatını gözləmək lazımdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar